Dünya futbolu

Milyonlar xərclə, ulduzları gətir, amma azarkeş gəlməsin

Səudiyyə klubları Kriştiano Ronaldo da daxil olmaqla, çoxlu sayda dünya futbol ulduzunu ölkəyə gətirmələrinə baxmayaraq, azarkeşləri stadionlara cəlb etməkdə böyük problemlər yaşayırlar.

Aut.az xəbər verir ki, şənbə günü “Əl Vahda” 38 min tamaşaçı tutumuna malik Kral Əbdüləziz Stadionunda “Əl Xalic”i qəbul edib  dion İqalonun het-triki sayəsində 3:1 hesabı ilə qalib gəlib.

Oyuna cəmi 447 azarkeş gəlib və nəhəng stadionun tribunaları demək olar ki, boş olub.

Bu, liqada heyrətləndirici dərəcədə az tamaşaçının olması ilə bağlı ilk hal deyil. Keçən ay Stiven Cerrardın “Əl İttifaq” komandası 10.000 nəfərlik Şahzadə Faysal bin Fəhd Stadionunda “Əl-Riyad”a qarşı cəmi 696 azarkeşin önündə meydana çıxmışdı.

Aut.az