Çalhanoğlu təsdiqlədi: Avropa nəhəngi onu hədəfə alıb
“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu “Bavariya” ilə danışıqlar aparır.
Aut.az xəbər verir ki, Almaniyanın nəhənginin türk futbolçu ilə maraqlandığı barədə ilk olaraq “Bild” məlumat yayıb.
“TRT Spor” hazırda Avro-2024-də iştirak edən Türkiyə millisinin kapitanından iddialara münasibət öyrənib. Çalhanoğlu onun transferində “Bayern”in maraqlı olduğunu təsdiqləyib. Özü də Münhen komandasına qoşulmağın əleyhinə olmadığını bildirib.
“FCInterNews.it” isə qeyd edir ki, futbolçuya 4 illik müqavilə, hər mövsüm üçün 8 milyon avro maaş və və bonuslar təklif olunur.
