Pitsa şirkəti Sautgeyt ilə belə zarafatlaşdı – FOTO
“Domino’s Pizza” şirkəti İngiltərə millisinin baş məşqçisi Qaret Sautgeyt ilə bağlı zarafat edib.
Aut.az xəbər verir ki, tanınmış brend azarkeşlər tərəfindən çox tənqid edilən mütəxəssisə biganə qalmayıb. Pitsa şirkəti sosial şəbəkə hesabında mətbəxlərindən birində fövqəladə vəziyyətin fotosunu “Sautgeyt “Domino’s Pizza” şöbəsini işlədirsə” şərhi ilə paylaşıb.
Qeyd edək ki, Avro-2024-ün qrup mərhələsinin 2-ci turunda İngiltərə millisi Danimarkaya qalib gələ bilməyib – 1:1.
Aut.az

