Xəstəxanaya yerləşdirilən sabiq prezidentdən xəbər var
Təxminən bir həftə əvvəl sətəlcəm diaqnozu ilə xəstəxanaya yerləşdirilən “İnter”in keçmiş prezidenti Massimo Moratti Milanın ətrafında yerləşən klinikanın reanimasiya şöbəsini tərk edib.
Aut.az xəbər verir ki, bu barədə “Sky Italia” məlumat yayıb. 80 yaşlı Moratti ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və nəfəs almaqda çətinlik çəkdiyi üçün həkimlər onu intubasiya etməli olublar. Keçmiş idman funksionerinin vəziyyəti hazırda yaxşılaşsa da, o, ciddi həkim nəzarətindədir.
Moratti 1995-2004 və 2006-2013-cü illərdə “İnter”in prezidenti olub.
Aut.az
