İngiltərə

Yenə zədələndi: Yeddi oldular

“Tottenhem”in yarımmüdafiəçisi Rodriqo Bentankur yeni ciddi zədə alıb.

Aut.az xəbər verir ki, uruqvaylı futbolçu ayaq biləyi bağlarının zədələyib. Onun ən azı iki ay yarım meydanlardan kənarda qalacağı bildirilir.

Uruqvay millisinin 26 yaşlı üzvü bu zədəni Premyer Liqanın son oyununda, “Aston Villa” ilə matçda (2:1) Metti Keşlə mübarizə nəticəsində alıb.

Bentankur üçün bu, ardıcıl ikinci ciddi zədədir. Fevral ayında dizinin çarpaz bağları qırılıb. Oktyabrın sonunda “Tottenhem” formasıyla mövsümdəki ilk oyununu keçirmişdi.

Qeyd edək ki, bununla “mahmızlar”ın düşərgəsindəki zədəlilərin sayı 7-ə çatıb.