Basketbol

Azərbaycanın kişi basketbolçuları da Avropa Kubokuna vəsiqə qazandılar

Kişilərdən ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsində növbəti görüşlərini keçirib.

Aut.az xəbər verir ki, yığmamız yarımfinalda İrlandiyaya 21:12 hesabı ilə qalib gəlib.

Finalda isə yığmamız Kipr seçməsi ilə üz-üzə gəlib. Komandamız rəqibini 20:18 hesabı ilə üstələyərək Avropa Kubokuna vəsiqə qazanıb.

Əsas mərhələ 22-25 avqustda Avstriyanın paytaxtı Vyanada olacaq.

Daha əvvəl qadınlardan ibarət milli də final mərhələsinə yüksəlmişdi.