Dünya futboluİspaniya

Qışın səs-küylü transferi olacaq: Madridə gedir?

“Atletiko” qışın ən böyük transferlərindən birini hədəfləyi.

Aut.az xəbər verir ki, “Fichajes”ə görə, Madrid klubu Marseldən Meyson Qrinvudu transfer etməyi ciddi şəkildə düşünür. Oyunçu təxminən 70 milyon funt-sterlinq dəyərində qiymətləndirilir və bu rəqəm klub rəhbərliyini çəkindirmir.

Qrinvud hazırda inanılmaz formadadır – 12 matçda 10 qol.

İspaniyada hesab olunur ki, futbolçu “Atletiko”nun güclənməsi üçüm əla namizəddir.

Madrid klubu danışıqlara başlasa, bu, qarşıdan gələn transfer pəncərəsinin ən çox danışılan keçidlərindən biri ola bilər.

Aut.az