“Lion” Avropa Liqasında oynaya biləcək? – UEFA ilə saziş imzalandı
Fransanın “Lion” klubu Liqa 1-dən kənarlaşdırılması ilə bağlı verilmiş apellyasiyadan sonra növbəti mövsüm Avropa Liqasında iştirak edəcəyi ilə bağlı rəsmi açıqlama yayıb.
Aut.az xəbər verir ki, “Stabillik prosedurunun keçilməsi nəticəsində “Lion” UEFA-nın klub maliyyə nəzarəti orqanı ilə müvafiq saziş imzalayıb. Beləliklə, Fransa Maliyyə Nəzarəti Orqanının qərarının uğurla apellyasiya olunacağı halda, klub növbəti mövsüm Avropa Liqasında iştirak edə biləcək. ‘Lion’ bu prosesdə onu müşayiət edən UEFA nümayəndələrinə təşəkkür edir”, – deyə klubun mətbuat xidməti bildirib.
Qeyd edək ki, “Lion” əvvəlcə maliyyə hesabatındakı problemlərə görə Liqa 2-yə göndərilmişdi. Klub bu qərardan apellyasiya şikayəti verib və PSJ-dən maliyyə dəstəyi alma ehtimalı da var.
Xatırladaq ki, “Lion” ötən mövsüm Liqa 1-də 6-cı yeri tutaraq Avropa Liqasına vəsiqə qazanmışdı.
