“Bernli” çempion!
“Bernli” İngiltərədə Çempionşipin qalibi olub. Dünən səfərdə “Blekbern Rovers”ə 1:0 hesabı ilə qalib gələn komanda statusuna görə İngiltərənin ikinci liqası sayılan yarışın ilk pilləsində yerini təmin edib.
Aut.az xəbər verir ki, Vensan Kompaninin yetirmələri 44 oyundan 95 xal toplamaqla buna nail olub. İkinci pillədəki “Şeffild Yunayted” 42 oyundan 82 xal toplayıb. Beləliklə, son 2 turun nəticəsindən asılı olmayaraq, lider mövqeyini dəyişməyəcək.
“Bernli” daha əvvəl yeni mövsümdən Premyer Liqada birbaşa oynamaq hüququ qazanmışdı. İndi isə çempionluq rəsmiləşdi.
