İngiltərə millisində ciddi itki
“Çelsi”nin və İngiltərə yığmasının müdafiəçisi Ris Ceyms milli komandanın oktyabrda keçirəcəyi oyunları buraxacaq.
Aut.az xəbər verir ki, onun yerini “Mançester Siti”nin futbolçusu Niko O’Raylli tutacaq.
Ceyms İngiltərə Premyer Liqasının “Liverpul”la (2:1) görüşündə zədələnib.
İngiltərə yığması 9 oktyabrda Uelslə yoldaşlıq oyunu keçirəcək. 14 oktyabrda isə komanda Latviya ilə DÇ-2026-nın seçmə mərhələsində qarşılaşacaq.
Aut.az
