31 il sonra bunu bacaran ilk “Liverpul”lu oldu
İngiltərə yığması Millətlər Liqasının 4-cü turunun matçında Finlandiya komandasına qalib gəlib – 3:1.
Aut.az xəbər verir ki, “üçaslanlar”ın heyətində Cek Qriliş, Trent Aleksandr-Arnold və Deklan Rays hərəyə bir qol vurub. Trent cərimə zərbəsi ilə fərqlənib.
“Squawka”nın məlumatına görə, Aleksandr-Arnold 1993-cü ilin aprelində Niderlanda qol vuran Con Barnesdən sonra İngiltərə millisinin heyətində cərimə zərbəsindən fərqlənən ilk “Liverpul” oyunçusu olub.
Aut.az
