İngiltərəİtaliya

“Yunayted”in skautları bu oyunda kimləri izləyiblər? – FOTO

İtaliya A Seriyasının 28-ci turunun “Yuventus” – “Atalanta” matçına “Mançester Yunayted”in skautları da gəlib.

Aut.az xəbər verir ki, bu barədə “Football Italia” məlumat yayıb.

“Yunayted”in skautları “Atalanta”dan ə Teon Kopmeyners və Corcio Skalvini , eləcə də “Yuventus”un müdafiəçisi Bremerin oyununu izləyiblər.

“Atalanta”nın yarımmüdafiəçisi dubl etməyi bacarıb. Bu mövsüm Kopmeyners “Atalanta” üçün bütün yarışlarda 33 oyuna çıxıb, 12 qol vurub və 4 məhsuldar ötürmə edib.

Skalvini 33 oyun keçirib və bir qol vurmağı bacarıb və həmçinin üç məhsuldar ötürmə edib. Bremer də öz növbəsində “Yuventus”un heyətində 28 oyun keçirib, iki qol vurub. Transfermarkt internet portalına görə futbolçuların təxmini dəyəri 40, 40 və 50 milyon avro təşkil edir.

“Yunayted”in skautları bu oyunda kimləri izləyiblər? – FOTO

Aut.az