İtaliya

Topa zərbə vurmaq istəyərkən ayağını sındırdı – FOTO

“Cenoa”nın yarımmüdafiəçisi Ruslan Malinovski İtaliya çempionatının 5-ci turunun “Venesiya” ilə oyununda (0:2) topa zərbə endirmək istəyərkən ağır zədə alıb.

Aut.az xəbər verir ki, ukraynlı ayağı sınıb və oynaq yerindən çıxıb.

Hadisə Ruslan meydannın özlərinə aid hissəsində olarkən baş verib. Topu saxladıqdan sonra zərbə vurmağa çalışan yarımmüdafiəçi həmin an yıxılıb və ayağı qeyri-təbii şəkildə bükülərək ağrıdan qışqırıb.

“Həkimlərdə matçda sağ topuğundan zədə alan Ruslan Malinovskinin oynağının çıdığını və fibulanın sınığını bildirirlər. Futbolçu bu gün əməliyyat olunacaq”, – deyə klubun sosial şəbəkələrində bildirib.

Aut.az

Изображение