Dünya futboluİtaliya

Bu klub Dibalanı hədəfə aldı

Braziliyanın “Flamengo” klubu “Roma”nın hücumçusu Paulo Dibala ilə müqavilə imzalamağa maraq göstərir.

Aut.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat verib.

Məlumata görə, braziliyalı klub artıq 31 yaşlı argentinalı futbolçu üçün keçid təklifini hazırlamağa başlayıb.

Dibalanın “Roma” ilə mövcud müqaviləsi 2026-cı ilin yayında başa çatır. 2025/26 mövsümündə A Seriyasının 5 matçında heç nə ilə yadda qalmayıb. “Transfermarkt” futbolçunun transfer dəyərini 8 milyon avro qiymətləndirir.

Aut.az