İspaniya

Maaşı ilə bağlı yazı prezidenti qəzəbləndirdi

La Liqanın prezidenti Xavyer Tebas maaşı ilə bağlı “La Razon”da dərc olunan məqaləni şərh edib.

Aut.az xəbər verir ki, nəşr, digər məsələlərlə yanaşı, vəzifəyə gəldikdən sonra onun maaşının 340 min avrodan 3,5 milyon avroya yüksəldiyini qeyd edib.

“La Razon”un mənim maaşımla bağlı dərc etdiyi xəbərlər yalandır. La Liqanın saytına daxil olmaq kifayət idi ki, prezidentin maaşı yoxlanılsın.

Onlar bunu etməyiblər. Məlumat verməkdənsə, məlumatı saxtalaşdırmağa üstünlük verənlərin qeyri-peşəkarlığına daha bir nümunə.

Söz azadlığı yalanı və ya vicdansızlığı qorumur. Trujillo pis jurnalistdir”, – Tebas sosial media hesabında yazıb.

Aut.az