Mbappe gəlir, “Real”ın superulduzu gedir: Kim 200 milyon versə…
PSJ-nin hücumçusu Kilian Mbappe 2023/24 mövsümünün sonunda komandadan ayrılacağı barədə Paris klubunun prezidenti Nasser Əl-Xəlayfiyə məlumat verib. Futbolçunun “Real”a keçəcəyi gözlənilir.
Aut.az xəbər verir ki, “Goal”a görə, Avropanın aparıcı klubları Mbappenin “Real”a keçmə ehtimalından istifadə etməyə və ulduz cinah oyunçusu Vinisius Juniorla müqavilə bağlamağa hazırdırlar.
Qeyd olunur ki, PSJ, “Çelsi” və “Liverpul” braziliyalı üçün mübarizə aparmağa hazırdırlar. Amma bunun üçün 200 milyon avro ayırmalıdırlar.
Bu mövsüm Vinisius Junior “Real”da 28 oyun keçirib, 18 qol vurub və 8 məhsuldar ötürmə edib.
Aut.az
