Ançelottidən Çempionlar Liqası tarixinin ən yaxşı nəticəsi
“Real” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda evdə “Mançester Siti”ni 3:1 hesabı ilə məğlub edib.
Aut.az xəbər verir ki, bununla “qalaktikos”un baş məşqçisi Karlo Ançelotti əsas avrokubok turnirində 123-cü qələbəsini qazanıb. İtaliyalı mütəxəssisə buna nail olmaq üçün 214 matç lazım olub.
Bu, turnir tarixində ən yaxşı göstəricidir. Ançelottinin Çempionlar Liqasında 47 heç-heçəsi və 44 məğlubiyyəti də var.
65 yaşlı çalışdırıcı “Real”dan başqa, “Napoli”, “Bayern”, PSJ, “Çelsi”, “Milan”, “Parma” və “Yuventus”la da məşqçi kimi ÇL-də iştirak edib.
Aut.az
