Prezident ona şübhə ilə yanaşırmış
“Napoli”nin baş məşqçisi Luçano Spalletti klub prezidenti Aurelio De Laurentisin Xviça Kvaratsxeliya və Kim Min Cenin transferləri ilə bağlı şübhələri olduğunu açıqlayıb.
“De Laurentis onları transfer etməyə tərəddüd edirdi. Transferlərdən əvvəl gecələr xeyli müzakirə apardıq. Əvvəllər Rusiyada işlədiyim üçün Xviça haqqında daha ətraflı öyrənmək üçün oradakı dostlara zəng etdim. De Laurentis Rusiya çempionatı ilə A Seriyası arasındakı fərqə şübhə ilə yanaşırdı, lakin bu günlərdə futbolda sərhədlər daha da incələşib”, – TMW Radio Spallettidən sitat gətirib.
Xviça bu mövsüm A Seriyasında 12 qol və 12 məhsuldar ötürmə, həmçinin Çempionlar Liqasında 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Aut.az
