“İnter”in futbolçusu “Milan”ın ulduzunu “zəncirlədi” – VİDEO
“İnter”in müdafiəçisi Denzel Dumfris çempionluq paradı zamanı əzəli rəqib “Miln”ın oyunçusu Teo Ernandesi ələ salıb.
Aut.az xəbər verir ki, o, GTA V oyunundan götürülmüş kadrlar əsasında hazırlanmış plakat qaldırıb.
Plakatda məşhur oyunun baş qəhrəmanı Franklin Dumfrisla əvəzlənib. O isə Rottveileri əvəz edən Ernandesi zəncirdə saxlayır.
Ehtimal ki, bu plakat azarkeşlər tərəfindən hazırlanıb və parad zamanı futbolçuya verilib.
Aut.az
