İtaliya

Şok etiraf: Tottinin valideynlərini oğurluqda ittiham edibmiş

“Roma”nın sabiq hücumçusu Antonio Kassano klubun əfsanəsi  Tottinin valideynlərini oğurluqda necə ittiham etdiyindən danışıb.

“Yadımdadır, gəldiyim zaman Totti və ailəsi məni ilk dörd ayda evlərində qarşıladılar və özümü onların oğlu kimi hiss etdim.

Bir gün pul qəbzini tapa bilmədiyim üçün onunla mübahisə etdim və valideynlərini oğurluqda ittiham etdim, amma qəbz avtomobilin oturacağının altında idi. O an hətta öz kölgəmdən də qorxdum, bu çox pul idi, o vaxt Françesko məndən üç-dörd dəfə çox qazanırdı, amma tapanda ona nə deyəcəyimi bilmədim”. “Marca” Kassanodan sitat gətirib.

Antonio Kassano 2001-2006-cı illərdə “Roma”da çıxış edib. Onun aktivində 118 oyun və 39 qol var.

Aut.az