İtaliya

“Milan” “Berluskoni Kuboku”nu qazandı

İtaliyanın “Milan” və “Montsa” komandaları “Berluskoni Kuboku”nda üz-üzə gəliblər.

Aut.az xəbər verir ki, “Brianteo” stadionunda baş tutan görüşün əsas vaxtı bərabərliklə başa çatıb – 1:1. Qalib penaltilər seriyasından sonra bəlli olub. Son zərbələrdə daha dəqiq olan “Milan” kuboku qazanıb.

“Berluskoni Kuboku” italiyalı mərhum funksioner Silvio Berluskoninin xatirəsinə həsr edilib. Daha əvvəl “Milan” və “Montsa”nın prezidenti olmuş Berluskoni bu ilin iyununda vəfat edib.