Hakimi istehza ilə alqışladı, jurnalistləri də…
“Roma”nın baş məşqçisi Joze Mourinyo A Seriyasının 3-cü turunun “Milan”la oyunundan (1:2) sonra mətbuata açıqlama verməkdən imtina edib.
Aut.az xəbər verir ki, bu barədə “Football Italia” məlumat yayıb.
Mourinyonun oyundan əvvəl DAZN ilə danışdığı, matçdan sonra portuqaliyalıların media ilə danışmaması üçün heç bir ilkin şərt olmadığı qeyd edilir. Mənbə ehtimal edir ki, “Roma”nın çalışdırıcısı hakimlikdən narazı olduğu üçün danışmaqdan imtina edib.
Hakim Antonio Rapuano romalıların qapısına penalti təyin etdikdən sonra Mourinyo istehza ilə onu alqışlamışdı.
Aut.az
