Akvamarin rəngində forma – FOTO
“Barselona” 2023/24 mövsümü üçün üçüncü formasını təqdim edib.
Aut.az xəbər verir ki, Kataloniya klubunun ehtiyat forması akvamarin rəngindədir.
“Barselona” ilk dəfə yeni formadan sentyabrın 3-də La Liqanın 4-cü turunda “Osasuna” ilə qarşılaşmada istifadə edəcək.
Xatırladaq ki, “Barsa”nın texniki sponsoru “Nike” şirkətidir.

Aut.az
