Dünya futbolu

İkardinin transferi bu jurnalistin həyatını necə dəyişib?

Tanınmış italyan insayderi Fabritsio Romano argentinalı hücumçu Mauro İkardinin “Barselona”dan “İnter”ə transferinin onun peşədəki inkişafına necə təsir etdiyindən danışıb.

“Mən bu işə 17 yaşım olanda başlamışam. Neapoldanam, ailəm hələ də orada yaşayır. İtaliyanın kiçik idman saytlarında işləmişəm. Bir gün həyatım dəyişdi. Mənə Barselonadan bir adam zəng etdi, o, agent deyildi, sadəcə “Barselona” akademiyasında işləyən bir oğlan idi.

Nömrəmi haradan aldığını da bilmirəm, çünki məşhur jurnalist deyildim. O, Mauro İkardinin agentinin yaxın dostu olduğunu söylədi və məndən vebsaytımda onun haqqında nəsə yerləşdirməyimi istədi.

Xahiş etdim ki, mənə onun haqqında məlumat göndərsin. Və mən yazdım Mauro İkardi “İnter”ə keçəcək”, – Romano “The Rest Is Football” podkastında deyib.

Aut.az