Dünya futbolu

Mükafatı yoxsul ailələrə bağışladı

Mərakeş millisinin üzvləri xeyirxah addım atıb.
Aut.az  xəbər verir ki, 2022-ci il dünya çempionatında dördüncü pilləni tutan yığmaya mükafat verilib.

Onlar isə həmin məbləği yoxsul ailələrə bağışlayıblar.

“AP”nin məlumatına görə, mərakeşlilər dünya çempionatındakı çıxışlarına görə ümumilikdə 25 milyon dollar mükafat alıb.