Həmyerlisinə zəng etdi, dedi ki…
“Əl-Nəsr”də çıxış edən Kriştiano Ronaldo həmyerlisinin transfer edilməsini istəyir.
Aut.az xəbər verir ki, söhbət “Porto”nun futbolçusu Otaviodan gedir. Ronaldo Avropanın bir sıra aparıcı klublaırnın maraq dairəsində olan 27 yaşlı yarımmüdafiəçiyə zəng edərək onu Səudiyyə Ərəbistanına gəlməyə razı salıb.
Ər-Riyad klubu mövsüm üçün portuqaliyalı futbolçuya 13,5 milyon avro maaş təklif edir. Bonuslar da daxil olmaqla, məbləğ 15 milyon avroya qədər arta bilər. Bu, Otavionun “Porto”da aldığından 5 dəfə çoxdur.
