“Barsa” Neymarın qayıtmasına bu səbəbdən razı olmayıb
“Barselona”nın PSJ-in hücumçusu Neymarı qayıtarmaqdan imtina etməsinin səbəbləri məlum olub.
Aut.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Mənbənin sözlərinə görə, braziliyalının xidmətini onun agentləri “Barselona”ya təklif ediblər. Lakin Kataloniya klubu Neymarın transferinin iqtisadi cəhətdən sərfəli olmayacağına, həmçinin komandanın soyunub-geyinmə otağında problemlərə səbəb ola biləcəyinə qərar verib.
31 yaşlı Neymar 2013-2017-ci illərdə “Barselona”da çıxış edib. Onun PSJ-yə keçidi futbol tarixinin ən bahalı transferi olaraq qalır. Paris klubu braziliyalı hücumçu üçün 222 milyon avro ödəyib. Neymarın PSJ ilə müqaviləsi 2025-ci ilin iyununa qədərdir. “Transfermarkt” onu 60 milyon avro dəyərində qiymətləndirir.
Aut.az
