“Barsa” 17 yaşlı futbolçuya yarım milyard qiymət kəsdi
“Barselona” rəsmi olaraq yarımmüdafiəçi Mark Bernalla 30 iyun 2026-cı ilə qədər olan müqaviləni tənzimləmək üçün razılaşdığını elan edib.
Aut.az xəbər verir ki, 17 yaşlı Bernal U19 statusunu tərk etdikdən sonra, oyunçunun Kataloniya klubu ilə müqaviləsinin 3 il müddətinə (2029-cu ilə qədər) uzadılması variantı aktivləşəcək.
Müqavilədəki təzminat məbləği 500 milyon avroya qədər artırılıb.
Mövsümün əvvəlində Bernalın ön çarpaz bağı yırtılıb və bir il üçün sıradan çıxıb.
“Barselona” akademiyasının yetirməsi əsas komandada üç oyun keçirib.
Aut.az
