İkardi “Real”a keçir? – “Hazırda Madriddəyəm”
“Qalatasaray”ın hücumçusu Mauro İkardinin agenti Elio Letterio Pino “Real”ın müştərisiylə maraqlandığını təsdiqləyib.
Aut.az xəbər verir ki, o, bununla təklif olmadığını bildirib.
“Mən indi Madriddəyəm. Hazırda klubun özündən heç bir rəsmi və ya qeyri-rəsmi təklif yoxdur. Bununla belə, biz “Real”la əlaqə saxlayırıq”.
Bu mövsüm “Qalatasaray”ın heyətində İkardi bütün turnirlərdə 21 matçda iştirak edib, 16 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun Türkiyə klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
