Levandovski “Barsa”dakı gələcəyi ilə bağlı qərar verdi
“Barselona”nın hücumçusu Robert Levandovski İspaniyada çıxışını davam etdirmək istəyir.
Aut.az xəbər verir ki, polyaşalı futbolçu özünü “Barsa”da əla hiss edir və müqaviləni yeniləməkdə qərarlıdır. Bu barədə “Diario Sport” məlumat yayıb.
Hazırkı müqavilə 2025-ci ilə qədərdir. Lakin Leva matçların 50%-də iştirak etsə, onun daha 1 il uzadılması maddəsi aktivləşəcək. Onun niyyəti isə sözləşmənin müddətinin 2027-ci ilə qədər uzadılmasıdır.
Qeyd edək ki, 36 yaşlı Levandovski bu mövsüm La Liqada 13 oyun keçirib və 14 qol vurub.
Aut.az
