Mourinyo onun satılmasına icazə vermədi
Mediada yayılan şayiələrə baxmayaraq, hücumçu Qonsalo Qarsiya bu yay “Real Madrid”i tərk etməyəcək.
Aut.az xəbər verir ki, “El Debate”nin məlumatına görə, hücumçu klub rəhbərliyinin bu yay satmaq istədiyi oyunçulardan biri idi.
Lakin “kral klubu”nun yeni baş məşqçisi Joze Mourinyo oyunçunun transferinin qarşısını alıb. Portuqaliyalı mütəxəssis Qarsiyanın heyətdə yer uğrunda Endriklə rəqabət aparmasını istəyir.
Qonsalo Qarsiya “Real Madrid”in gənclər sisteminin yetirməsidir. Onun müqaviləsi 30 iyun 2030-cu ilə qədərdir. 2025/26 mövsümündə hücumçu Madrid klubunda bütün yarışlarda 39 oyun keçirib, 8 qol vurub və 3 məhsuldar ötürmə edib.
Aut.az
