Qaydasız döyüş

Makqreqorun növbəti rəqibi o olmalıdır – Adesanya təklif etdi

Keçmiş UFC çempionu, nigeriyalı İsrael Adesanya hesab edir ki, iki çəki dərəcəsində keçmiş çempion, irlandiyalı Konor Makqreqor yenidən döyüşmək qərarına gələrsə, onun rəqibi amerikalı Maykl Çandler olmalıdır.

Aut.az xəbər verir ki, Adesanya “Precision with Mighty & Izzy” “YouTube” kanalında bildirib:

“Beş illik fasilədən sonra Maksla döyüş… Siz zirvədə mübarizə aparırsınız. Bu, ən yaxşılardan biri ilə döyüşdür. Çətin bir döyüşdür. Düşünürəm ki, əgər o, geri qayıtmaq qərarına gəlsə, Çandler məntiqli olan yeganə rəqibdir”.

Aut.az