İspaniya

Həyat yoldaşından Alonsonun gedişinə reaksiya: Mən və uşaqlarım…

“Real Madrid”in sabiq baş məşqçisi Xabi Alonsonun həyat yoldaşı Naqore Aranburu ərinin vəzifədən getməsi ilə bağlı danışıb.

Aut.az xəbər verir ki, Aranburu sosial media hesabında yazıb:

“Bu gün biz “Bernabeu” ilə vidalaşırıq. Xabi, hər gün səninlə və işinlə inanılmaz dərəcədə qürur duyduq  həmişə hörmət və fədakarlıqla çalışdın.

Mən və uşaqlarım Xabini və klubu hər addımda həyəcan və minnətdarlıqla müşayiət edirdik.

“Bizə inanan və böyük sevgi göndərən bütün “Real”  azarkeşlərinə təşəkkür edirəm. Mesajlarınız bizim üçün çox məna kəsb edirdi”.

“ Real”ın mətbuat xidməti 12 yanvar bazar ertəsi Alonso ilə yolların ayrıldığını bildirib.

Aut.az