Bu gün qovulacaq
“Napoli”nin baş məşqçisi Rudi Qarsiya postunu tərk edəcək.
Aut.az xəbər verir ki, bu barədə Jurnalist Fabrizio Romano məlumat yayıb.
Neapolitan klubu fransalı mütəxəssisin istefasını bu gün, noyabrın 13-də açıqlayacaq.
Qarsiya bu ilin iyununda “Napoli”yə rəhbərlik edib. 12 turdan sonra 21 xal toplayan naepollular A Seriyasının turnir cədvəlində dördüncü pillədə qərarlaşıblar. Komanda son turda evdə “Empoli”yə uduzub – 0:1.
