Modriçin gələcəklə bağlı planına baxın
“Real”ın yarımmüdafiəçisi Luka Modriç 2024/25 mövsümünün sonunda Madrid klubundan ayrılmaq fikrində deyil.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Xose Feliks Dias məlumat yayıb.
39 yaşlı xorvatiyalı komanda üçün əhəmiyyətini sübut etmək istəyir və “qalaktikos” ilə müqaviləsini daha 1 il uzatmağı gözləyir. Qeyd olunur ki, Modriç 2026-cı il dünya çempionatında iştirak etmək şansı var və həmin vaxta qədər o, “Real”ın oyunçusu olaraq qalmaq istəyir.
Modriç 2012-ci ildən “Los Blankos”da çıxış edir. Bu mövsüm o, bütün yarışlarda 12 matçda iştirak edib və 2 məhsuldar ötürmə verib.
