İspaniya

“Barsa”nın paltardəyişmə otağında onun adı hallanır

“Barselona”nın futbolçuları Xavi ayrıldıqdan sonra Luis Enrike ilə işləmək istəyirlər.

Aut.az xəbər verir ki, bu barədə “Diario Sport” məlumat yayıb. Bildirilir ki, PSJ- nin baş məşqçisinin namizədliyi “Barsa”nın paltardəyişmə otağında geniş müzakirə olunur. O, bu layihə üçün ideal mütəxəssis hesab edilir.

Eyni zamanda parislilərin 51 yaşlı mütəxəssisi buraxmayacağı da iddia olunur. Onların müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Enrike 2014-2017-ci illərdə “Barselona”nı çalışdırıb və 9 kubok qazanıb. O, 2018-2022-ci illərdə İspaniya millisini də idarə edib.

Aut.az