Rafinya gələcəyi ilə bağlı qərar qəbul edib
Rafinya digər klubların marağına baxmayaraq, “Barselona”da qalmaq istəyir.
Daha əvvəl braziliyalı ilə Səudiyyə Ərəbistanının üç klubunun maraqlandığı bildirilmişdi.
Aut.az xəbər verir ki, AS qəzetinin verdiyi məlumata görə, Rafinya “Barselona”da həm komandanın, həm məşqçi heyətinin, həm də azarkeşlərin dəstəyini hiss etdiyi üçün digər klublardan təklifləri nəzərdən keçirməyi planlaşdırmır.
“Barselona”da Rafinyanın qalmaq istəyindən xəbərdardır və bildirilir ki, “Barsa” transferlər vasitəsilə gəlir əldə etmək istəyinə baxmayaraq, cinah hücumçusu satışı prioritet olan oyunçular arasında deyil.
Bu mövsüm Rafinya La Liqada 20 oyunda 11 qol vurub və 3 məhsuldar ötürmə edib.
Aut.az
