İspaniya

“Real”ın Kenan Yıldızla bağlı planı üzə çıxdı

“Real”  “Yuventus”un vingeri Kenan Yıldızı izləməyə davam edir.

Aut.az xəbər verir ki, Madrid klubu gələcəkdə futbolçu uğrunda mübarizədə üstünlük qazanmağa çalışır. Bu barədə Tuttosport məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, İspaniya təmsilçisi türkiyəli futbolçunun mümkün transferi ilə bağlı uzun müddətdir danışıqlar aparır. Bununla belə, yaxın yay transfer pəncərəsində keçid ehtimalı aşağı qiymətləndirilir. Çünki Yıldız bu yaxınlarda Turin klubu ilə müqaviləsini yeniləyib.

Buna baxmayaraq, “Real”  futbolçu gələcəkdə komandadan ayrılmaq istəsə, onun transferində prioritet hüquq əldə etmək niyyətindədir.

Bildirilir ki, mümkün sövdələşməyə Madrid klubunun futbolçuları da daxil edilə bilər. Potensial dəyişmə variantları arasında Brahim Dias və Qonzalo Qarsiya göstərilir.

Kenan Yıldız cari mövsüm bütün turnirlərdə 46 oyunda iştirak edib, 11 qol vurub və 11 məhsuldar ötürmə verib.

Aut.az