“Araz-Naxçıvan”ın futbolçusu yığmaya dəvət olundu
“Araz-Naxçıvan”ın futbolçusu Felipe Santos Benin milli komandasına dəvət olunub.
Aut.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi mayın 25-dən iyunun 9-dək Benində və Mərakeşdə təşkil olunacaq təlim-məşq toplanışı üçün açıqlanmış heyətə daxil edilib.
F.Santos Benin yığmasına iyunun 1-də qoşulacaq.
