Derbidəki qalmaqala görə “Atletiko”ya bu cəza verildi
İspaniya Kral Futbol Federasiyasının nizam-intizam komitəsi növbəti üç oyun üçün “Atletiko Madrid”in ev stadionunda tribunaları qismən bağlamaq qərarı verib.
Aut.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Madrid klubu La Liqanın 8-ci turunun “Real”la oyununda (1:1) azarkeşlərinin davranışına görə cəzalandırılıb. 69-cu dəqiqədə “Real”ın qapıçısı Tibo Kurtuanın üzərinə yad əşyalar atıldığı üçün oyun dayandırılıb.
Qarşıdakı üç matçda “Atletiko” təxminən 5 min yerlik müəyyən sektorlarının dəstəyi olmadan çıxış edəcək. Bundan əlavə, klub 45 min avro cərimələnib. Sanksiyalar “hindular”ın “Leqanes”, “Las Palmas” və “Alaves”lə ev matçlarına təsir edəcək.
Aut.az
