Vinisius məşqə çıxmadı: Səbəb nədir?
“Real”ın baş məşqçisi Karlo Ançelotti cinah hücumçusu Vinisius Juniorun La Liqada baş tutacaq “Vilyarreal”la oyun öncəsi komandanın məşqini buraxmasının səbəbini açıqlayıb.
Aut.az xəbər verir ki, o, 24 yaşlı braziliyalının diskomfort səbəbindən cümə günü idman zalında fizioterapevtlə hazırlıq keçdiyini bildirib:
“Vinisiusun daha çox istirahətə ehtiyacı var idi. Sabah hazır olacaq, hec bir problemi yoxdur. Sadəcə yorğundur. Vinisiussuz daha yaxşı oynayırıq? Onun əhəmiyyəti müzakirə olunmur. O, bu klub üçün çox önəmlidir və əlavə edəcək heç nə yoxdur. Mənim üçün bu, müzakirə edilə bilməz”.
Vinisius bu mövsüm “Los Blankos” forması ilə bütün turnirlərdə 38 matçda 18 qol vurub və 11 məhsuldar ötürmə edib.
Qeyd edək ki, “Vilyarreal”la görüş martın 15-də keçiriləcək və Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
Aut.az
