İspaniya

“O, müasir futbolun ən yaxşı yarımmüdafiəçisidir”

“Real”ın sabiq futbolçusu Quti Ernandes Madrid klubunun yarımmüdafiəçisi Cud Bellinqhemin oyunu haqda fikirlərini bölüşüb.

Aut.az xəbər verir ki, AS-a açıqlamasında əfsanəvi yarımmüdafiəçi ingilis futbolçunu ən yaxşı yarımmüdafiəçi olduğunu deyib:

“O, müasir futbolun ən yaxşı yarımmüdafiəçisidir. O, hazırda müasir futbolda oynamaq üçün bütün keyfiyyətlərə malikdir. Güclüdür, yaxşı fiziki hazırlıığı var, yoldaşlarıyla yaxşı qarşılıqlı əlaqə qurur, sürətlə əlaqə qurur və əlavə olaraq, indi çoxlu qol vurur. Onun oyunu, xarizması və “Santyaqo Bernabeu”nu fəth etməsi onu soyunub-geyinmə otağında əsl liderə çevirir.”

Bu mövsüm Bellinqhem Real Madridin heyətində 16 oyun keçirib, 15 qol vurub və 4 məhsuldar ötürmə edib.