“Barsa”nın səkkizinci “Qızıl top”a reaksiyası belə oldu
“Barselona” “İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messinin səkkizinci dəfə “Qızıl top” sahib olmasına reaksiya verib.
“O, yenə bacardı. Səkkizinci “Qızıl top”. “Barselona” ailəsi səninlə fəxr edir, Lionel Messi”, – “Barsa”nın “X” sosial şəbəkə hesabında yazılıb.
Heç kim argentinalı hücumçu qədər “Qızıl top”u qazanmayıb. Messi 2009, 2010, 2011, 2012, 2015, 2019, 2021 və 2023-cü illərdə nüfuzlu mükafata layiq görülüb.
Xatırladaq ki, Messi 18 il (2003-2021-ci illər) “Barselona”da çıxış edib.
Aut.az
