Həyat yoldaşı “ayrıla bilərik” mesajını verdi – FOTO
“Real”ın qapıçısı Andrey Luninin həyat yoldaşı Anastasiya ukraynalının gələcəyi və hazırkı klubundan mümkün gedişi barədə danışıb.
Aut.az xəbər verir ki, Anastasiya bu barədə sosial şəbəkədə paylaşım edib.
“Əgər Andreyin oynamasına təminat verəcək bir klub varsa, əlbəttə ki, biz köçməyə hazırıq”, – Luninin həyat yoldaşı İnstaqram səhifəsində yazıb.
Xatırladaq ki, “Real” Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda səfərdə ” Braqa”nı darmadağın edib (3:0) . Matçın 6-cı dəqiqəsində penaltini dəf edən Andrey Lunin matçın əsas qəhrəmanlarından biri olub.
Daha əvvəl bildirilirdi ki, ukraynalı qapıçısı ilə “Betis” maraqlanır.

Aut.az
