Saat qalmaqalı: Məşhur futbolçular istintaq altındadır
Bir neçə məşhur ispan futbolçusu lüks saatların alınması ilə bağlı vergidən yayınma ehtimalı ilə bağlı istintaq altındadır.
Aut.az xəbər verir ki, bu barədə “El Mundo” məlumat yayıb.
İstintaqa cəlb edilənlər arasında Dani Karvaxal, eləcə də Sezar Aspilikueta, Santi Kasorla və David Silva da var.
Müstəntiqlərin fikrincə, “Rolex” və P”atek Philippe” saatlarının alınması tələb olunan vergiləri ödəmədən Andorranın “Best In Asociados” şirkəti vasitəsilə həyata keçirilmiş ola bilər.
İspaniya Mülki Qvardiyası artıq alıcılardan məlumat istəyib və Andorra hakimiyyət orqanlarının əlavə hüquqi tədbirlər görəcəyi gözlənilir. Hazırda heç bir rəsmi ittiham irəli sürülməyib.
Aut.az
