“Barsa” bu 3 futbolçuya qapını göstərdi
“Barselona” yeni transferlər edə bilmək üçün yay transfer pəncərəsində üç futbolçudan qurtulmağı planlaşdırır.
Aut.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.
Mənbənin məlumatına görə, bunlar Voyçex Şesninin əsas heyətdən kənarlaşdırdığı qapıçı İnyaki Penya, bu mövsüm meydanda cəmi 186 dəqiqə oynamış hücumçu Ansu Fati və Hans-Diter Flikin güvənmədiyi müdafiəçi Andreas Kristensendir.
Aut.az
