“Qarabağ”ın nəzərinə: “Real” onu satır
“Real” ukraynalı qapıçı Andrey Lunini satmaq istəyir.
Aut.az xəbər verir ki, “kral klubu” onun üçün qiymət də müəyyənləşdirib. İtaliya mətbuatının yazdığına görə, “Real” qapıçı üçün 8 milyon avro almaq istəyir.
Lunin isə daha bir il “Real”da qalmaq və 2024-cü ilin yayında azad agent kimi ayrılmaq istəyir. “Real” bu ehtimalı nəzərə alaraq onu indi satmaq istəyir.
Xatırladaq ki, “Real”ın məşqçilər korpusu Luninin oyunundan razı deyillər. Madrid klubu bu yay yeni qapıçı almağı düşünür.

Aut.az
