“Real” onu “düşmən”ə satacaq?
“Real” ispaniyalı sol cinah müdafiəçisi Fran Qarsiyanı satmağa hazırdır.
Aut.az xəbər verir ki, bu barədə “El Gol Digital” məlumat yayıb.
Mənbənin məlumatına görə, 25 yaşlı futbolçu ilə “Rayo Valyekano” və əzəli rəqib “Atletiko Madrid” klubları maraqlanır. Onu almaq üçün 20 milyon avro kifayət etməlidir.
2024/25 mövsümündə Fran Qarsiya klub səviyyəsində 19 oyun keçirib, qol vurmayıb. “Transfermarkt” portalı futbolçunun dəyərini 15 milyon avro qiymətləndirir.

Aut.az
