Boks

UEFA boksa da qarışdı: Superdöyüş niyə bloklanıb?

Aleksandr Usik və Tayson Fyurinin döyüşünün videosu “Youtube”da bloklanıb.

Aut.az xəbər verir ki, görüş Səudiyyə Ərəbistanının Əyləncə Baş İdarəsinin rəhbəri Turki Əl-Şeyxin rəsmi kanalında yayımlanıb. Maraqlıdır ki, video UEFA-nın şikayətinə görə bloklanıb:

“Bu videoya müəllif hüquqları qanununa əsasən onu bloklayan üçüncü tərəf sahibinin (UEFA) məzmunu daxildir”, – deyə videonun üzərində qeyd edilib.

Turki Əl-Şeyx dekabrın 24-də döyüşü yayımlayıb. Qısa zaman kəsiyində bir milyondan çox baxış toplayıb.

Qeyd edək ki, dekabrın 22-nə keçən gecə Ər-Riyadda (Səudiyyə Ərəbistanı) Usik və Furi arasında ağır çəkidə revanş döyüşü olub. Ukraynalı boksçu qalib gəlib – 116:112 (üç dəfə).

Aut.az

UEFA boksa da qarışdı: Superdöyüş niyə bloklanıb?