Boks

Atası ölümündən əvvəl ona nə deyib?

Ağır çəkili dünya çempionu boksçu Aleksandr Usık atasının ölümünü xatırlayıb.

Aut.az xəbər verir ki, hazırda dünyanın bir nömrəsi hesab edilən ukraynalı döyüşçü onun son sözləri barədə danışıb:

“Olimpiya oyunlarında qalib gələndə atamla söhbət etdim. Mənə dedi ki, “Sanıç, mən səni sevirəm.” Bu, bu inanılmaz sözləri eşitdiyim son söhbət idi”.

Usık 2012-ci ildə Londonda keçirilən Olimpiya Oyunlarında qızıl medal qazanıb. Elə həmin il oğlunun qələbəsinin şahidi olan, lakin onu qızıl medalını görə bilməyən atası dünyasını dəyişib.

Aut.az